Zelenski: “Ukraynada 9 May Qələbə Günü əvəzinə Avropa Günü qeyd olunacaq”backend

Zelenski: "Ukraynada 9 May Qələbə Günü əvəzinə Avropa Günü qeyd olunacaq"

Ukraynada 9 May Qələbə Günü əvəzinə Avropa Günü elan edilib.

KONKRET.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Ukraynada 8 May Faşizm üzərində Qələbə Günü, 9 May isə Avropa Günü kimi qeyd olunacaq.

Bu gündən sonra Ukrayna Qələbə günü əvəzinə Avropa gününü bayram edəcək.

“Bu, bizə bütün cəbhələrdə: silahla döyüş meydanında, diplomatik cəbhədə qətiyyətlə, raket terroruna və qışın soyuğuna qarşı, iqtisadiyyatda və hüquqi cəbhədə mübarizə aparmağa kömək edən Avropa Günü olacaq. Bu, bizim müttəfiqimiz olan Avropanın günü olacaq”, – deyə Zelenski vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*