ABŞ-ın keçmiş xüsusi nümayəndəsi Kelloq Ukrayna Prezidenti Volodimir Zelenskiyin öz torpağında millətin yaşaması və milli suverenlik uğrunda mübarizəsini Amerika tarixində prezident Abraham Linkolnun apardığı müharibə ilə müqayisə edib.
KONKRET.az xəbər verir ki, bu barədə Kelloq öz açıqlamasında bildirib.
“Linkoln öz torpağında millətin sağ qalması və milli suverenlik uğrunda mübarizə aparırdı. İndi Ukraynalıların döyüş meydanında qarşılaşdıqları problemləri anlamaq üçün bu tarixi nümunəyə baxmaq lazımdır”, — deyə Kelloq vurğulayıb.
Natiq Səlim,
KONKRET.az