Zelenski və Makron Putinlə mümkün görüşü müzakirə ediblərbackend

Zelenski və Makron Putinlə mümkün görüşü müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında Rusiya lideri Vladimir Putinlə mümkün görüş məsələsi müzakirə edilib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, ukraynalı lider bu barədə “Telegram” kanalında məlumat yayıb.

Zelenski Makronu İstanbulda Rusiya tərəfi ilə keçirilmiş üçüncü görüşün nəticələri barədə məlumatlandırıb.

“Avqustun sonunadək ən yüksək səviyyədə görüş təşkil olunması ilə bağlı təklifimizə cavab gözləyirik”, – dövlət başçısı vurğulayıb.

Zelenski əlavə edib ki, mümkün görüşdə Avropa nümayəndələrinin də iştirakı vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*