Zelenski: “Yüzlərlə rus əsgəri təslim olub”backend

Zelenski: “Yüzlərlə rus əsgəri təslim olub”

Ukrayna qüvvələrinin Rusiya Federasiyasının Kursk vilayətində keçirdiyi əməliyyat zamanı yüzlərlə rusiyalı hərbçi təslim olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.

Ukrayna dövlətinin başçısı bildirib ki, avqustun 13-də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin bir neçə məruzəsini, xüsusən də Rusiyanın Kursk vilayətində keçirilən əməliyyatla bağlı məruzələrini dinləyib.

“Bütün hərbçilərimizə təşəkkür edirəm. Bu, dövlətimiz üçün çox vacibdir. Yüzlərlə rusiyalı hərbçi artıq təslim olub və onların hamısına humanist münasibət göstəriləcək. Onların özlərində, rus ordusunda belə rəftar olmayıb”, – deyə Zelenski bildirib.

Sırski qeyd edib ki, gün ərzində Ukrayna qüvvələri müəyyən istiqamətlərdə bir kilometrdən üç kilometrə qədər irəliləyib və daha 40 kvadrat kilometr ərazi nəzarətə götürülüb.

Rusiya KİV-i xəbər verir ki, Kursk vilayətinin hakimiyyət orqanları Bolşesoldatski rayonunun boşaldılmasına başlayıb. Bolşesoldatski rayonu evakuasiyanın həyata keçirildiyi Belovski rayonunun şimalında yerləşir, lakin Ukrayna ərazisi ilə həmsərhəd deyil. 2021-ci il siyahıyaalınmasına görə, orada 11 minə yaxın insan yaşayırdı.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*