Zelenskidən ŞOK AÇIQLAMA: “Rusiya Odessanı ələ keçirib Moldova və Rumıniyanı isə…”backend

Zelenskidən ŞOK AÇIQLAMA: "Rusiya Odessanı ələ keçirib Moldova və Rumıniyanı isə..."

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun planlarının Cənub istiqamətinə yönəldiyini bildirib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Moskvanın məqsədi əvvəlcə Odessanı ələ keçirmək, daha sonra isə Moldova və Rumıniya sərhədinədək irəliləməkdir.

“Rusiya hərbi planları bu regiona – Odessaya, sonra isə Moldova və Rumıniya ilə sərhədə qədər uzanır. Bizə artıq indi güclü müdafiə və uzunmüddətli təhlükəsizlik zəmanətləri lazımdır ki, bu baş verməsin. Müharibədən sonra təhlükəsizlik zəmanətləri praktiki zərurətə çevriləcək. Hava hücumundan müdafiədən tutmuş kibertəhlükəsizliyə qədər – bizə real və təsirli təhdidlərin qarşısını alan mexanizmlər lazımdır”, – deyə Zelenski Ukrayna – Cənub-Şərqi Avropa sammitində çıxışı zamanı qeyd edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*