Zelenskidən Trampa MARAQLI TƏKLİF – “ABŞ-la Ukrayna arasında…”backend

Zelenskidən Trampa MARAQLI TƏKLİF - "ABŞ-la Ukrayna arasında..."

Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka bildirib ki, Prezident Volodimir Zelenski ABŞ-la Ukrayna arasında azad ticarət zonasının yaradılmasını təklif edib.

KONKRET.az xəbər verir ki, Kaçka açıqlamasında deyib: “Biz G7 ölkələri ilə azad ticarət sazişləri əldə etməyə maraqlıyıq. Britaniya, Kanada və Avropa İttifaqı ilə bu sazişlərimiz var. İndi isə ABŞ və Yaponiya ilə də bu sazişləri bağlamaq istəyirik.”

O qeyd edib ki, mineral ticarəti üzrə yaradılacaq gələcək fond azad ticarət bazarının formalaşmasına yardımçı olacaq.

Bu təşəbbüs Ukraynanın dünya bazarları ilə inteqrasiyasını dərinləşdirmək və iqtisadi əlaqələrini genişləndirmək məqsədi daşıyır.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*