“Kiyev Türkiyə diplomatiyasının gücünə və Moskvada eşidilmək qabiliyyətinə güvənir”.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında deyib.
Prezident mübadilənin bərpa olunacağına və ilin sonuna qədər xeyli sayda məhbusun geri qaytarılacağına ümid etdiyini vurğulayıb.
