Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak Ukraynanın Kursk vilayətinə hücumunun 4 siyasi məqsədinin adını çəkib.
KONKRET.az xəbər verir ki, bu barədə o, Rusiyanın müxalifət mediasına müsahibəsində danışıb.
“1. Ukrayna müdafiə müharibəsi aparır, rus artilleriyasını dinc əhaliyə qarşı istifadə olunmaması üçün lazımi məsafəyədək uzaqlaşdırır.
2.Rusiyanın bütün cəbhə xətti boyunca səmərəli şəkildə nəql etməyə imkan verən logistika marşrutlarını kəsmək lazımdır.
3.Bu, Rusiyanın mülki və hərbi rəhbərliyinin uğursuzluğunu göstərməlidir.
Onlar nə baş verdiyini anlamırlar, tez təsirli qərarlar qəbul etmək iqtidarında deyillər və öz hərəkətləri ilə vəziyyətə nəzarət etmirlər”, – deyə Podolyak əlavə edib və Ukraynaın dördüncü məqsədinin adını çəkib: “Bu, müharibəni Rusiya ərazisinə keçirməkdir”
“Kursk vilayətinə girəndə insanların necə şoka düşdüyünü gördük: onlar fərqli reallıqda yaşayırlar. Onlara elə gəlir ki, müharibə demək olar ki, Avropa ölkələrinin ərazisində gedir, riskləri yoxdur. İndi onlar tamam başqa vəziyyət görürlər. Təbii ki, bütün bunların Rusiya üçün ciddi sosial nəticələri olacaq”, – deyə o, əlavə edib.
Podolyak vurğulayıb ki, Ukrayna Kursk vilayətinin ərazisini işğal etməyi qarşısına məqsəd qoymur, müdafiə çərçivəsində müharibə aparır və yalnız hərbi obyektləri məhv edir.
“Sosial obyektlər Rusiya Federasiyasının nəzarətində qalır – onların Ukrayna üçün heç bir dəyəri yoxdur”, – deyə o yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az