Rusiya Silahlı Qüvvələri şənbə günü, iyulun 9-da səhər tezdən Krivoy Roqun İnquletski rayonunu atəşə tutub.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri yayıb.
Mənbə yazır ki, “Uraqan”dan atılan raketlər yaşayış məntəqələrinə düşüb.
Atəş nəticəsində 41 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Ata və qızı xəsarət alıb, xəstəxanadadırlar. Raketlər məktəbə və bir neçə evə də ziyan vurub. Evin yanında dayanan avtomobil yanıb. Küçələrdə çoxlu kaset sursatları var. Xilasedicilər onları zərərsizləşdirirlər.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski dünən Krivoy Roqa gedib. O, hərbçilərlə söhbət edib, onlara mükafatlar təqdim edib.
Roman Göytürk,
KONKRET.az