Zəlzələ bölgəsinə gedən AFAD maşını dəhşətli qəzaya düşdübackend

Zəlzələ bölgəsinə gedən AFAD maşını dəhşətli qəzaya düşdü

Zəlzələ bölgəsinə gedən AFAD maşını 1 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza törədib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə axşam saatlarında Terminal qovşağında baş verib. 50 AAD 839 nömrəli avtomobil terminala doğru dönərkən Aksaraydan gələn 68 AAP 4435 nömrəli AFAD əməkdaşlarını daşıyan mikroavtobusla toqquşub. Qəza yerinə çox sayda təcili yardım, polis, yanğınsöndürən qrupları sövq edilib.

Adı hələlik müəyyən edilə bilməyən avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. AFAD avtomobilinin sürücüsü və 8 sərnişin xəstəxanaya aparılıb.//Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*