Yaponiyada Kamçatkada baş verən güclü zəlzələdən sonra yaranan sunami nəticəsində bir neçə balina sahilə çıxıb.
KONKRET.az xəbər verir ki, hadisə Yaponiyanın Hokkaydo və Aomori prefekturalarının sahillərində qeydə alınıb. Yerli sakinlərin və sahil mühafizəsinin məlumatına görə, bir neçə balina ölü halda sahildə aşkarlanıb, bəzilərinə isə xilasetmə qrupları tərəfindən yardım göstərilib.
Mütəxəssislər hesab edirlər ki, sunami və seysmik aktivlik nəticəsində balinaların naviqasiya sistemində yaranan pozuntu onların sahilə çıxmasına səbəb olub. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.
Müşviq Tofiqoğlu
KONKRET.az