Zəngəzur dəhlizi Vaşinqtonda təhvil veriləcək – Ambaryanbackend

Zəngəzur dəhlizi Vaşinqtonda təhvil veriləcək - Ambaryan

Zəngəzur dəhlizinin təhvil verilməsi Vaşinqtonda baş tutacaq.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Qagik Ambaryan deyib.

Ekspert bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan və ABŞ prezidentləri İlham Əliyev və Donald Trampla görüş üçün Vaşinqtona səfər edəcək.

“Tramp Vaşinqtonda onu hansısa sənədi imzalamağa məcbur edəcək, amma ən əsası odur ki, Zəngəzur dəhlizi” təhvil veriləcək”, – Ambaryan qeyd edib.

Politoloq əlavə edib ki, bundan sonra dəhlizə nəzarət Azərbaycan və Türkiyəyə keçəcək:

“Qərb, xüsusən ABŞ və Fransa bunda maraqlıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*