Nikol Paşinyanın ötən gün keçirdiyi və 4 saat davam edən mətbuat konfransının əsas hədəfi ictimaiyyəti Zəngəzur dəhlizinin mümkün güzəştinə hazırlamaq cəhdi ola bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın müxalif “Hraparak” nəşri “təhlilçilərə istinadla” məqalə yayıb.
Məqalədə “Azadlıq” radiosunun ABŞ Dövlət Departamentinin 1990-cı illərdə Ermənistanla Azərbaycan arasında ərazilərin mübadiləsi ideyasını müzakirə edən məxfilikdən çıxarılmış sənədləri xatırladılıb. Belə ki, bu məsələ Robert Köçəryanla Heydər Əliyev arasında keçirilən görüşlərdə qaldırılıb:
“Bu sənədləri şərh edən Paşinyan Ermənistanın keçmiş prezidentləri ilə debatların mənasız olduğunu bildirib: “Bu diplomatik sənədlərin dərci məsələni bağladı. İndi hətta deyə bilərəm ki, mən üç prezidenti debata dəvət etmirəm, çünki onlarla daha mübahisə edəcək bir şey yoxdur. Dərc edilmiş sənədlər debatları tamamilə mənasız edib. Ən əlamətdarı isə onun (Köçəryanın) Azərbaycanın nəqliyyat blokunun açılması təklifinə müsbət cavab veriləcəyi ilə bağlı bəyanatıdır”.
Bildirilib ki, Nikol Paşinyan mətbuat konfransında Azərbaycana maneəsiz keçid verməyə hazır olduğunu vurğulayıb:
“Ancaq Paşinyan bildirdi ki, maneəsiz keçid Ermənistan yurisdiksiyasından kənar demək deyil. “Maneəsiz, lakin Ermənistanın yurisdiksiyasından yan keçmədən hərəkət” nə deməkdir? Bu, dəhliz məntiqini nəzərdə tutmurmu?
Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri David Ananyan qeyd edib ki, malların maneəsiz daşınması ən azı “sərhəd və gömrük yoxlamasından” sonra mümkündür. Əks təqdirdə, o, sadəcə dəhlizdən başqa bir şey deyil”.
Salam işdən çixarildim heç bir əsas olmadan. RETRO HOLDİNQ MMC ŞİRVAN ŞƏHƏRİ SEMENT ZAVODUNUN. ANBARDA ANBARDAR İŞLƏMİŞƏM. 03 12 2024 CÜ QARABAG QAZİSİ 3.QRUP ƏLİL. RETRO HOLDİNQ MMC.. SƏNAYE DEPRTAMENTİNİN MÜDİRİ. FUAD VƏ SƏBİRƏ XANİM TƏRƏFİNDƏN İŞDƏN ÇIXARIIDİM. HEÇ BİR ƏSAS OLMADAN. 2AYDİR İŞSİZƏM VƏ ZİYYƏTİM AGGİRDİR. XAHİŞ EDİRƏM KÖMƏK EDİN. 0558737201. ƏLAQƏ NÖMRƏSİ. QARABAG QAZİSİ ACİNDAN ACLİQ ÇƏKİR. VƏZİYYƏTİM AGİRDİR. ŞİRVAN ŞƏHƏR. YOLDAŞİMİN ŞƏKƏRİ VAR.. HÖRMƏT Lİ PREZİDENT VƏMEHRİBAN XAN. ACLİQ AKSİYASINA BAŞLAYIB ÖZZÜMÜ YANDİRACAM. ÇÇOX XAHİŞ EDİRƏM KÖMƏK EDİN
055 873 72 01. BAYRAMOV ELXAN HÜSEYN OGLU. ŞİRVAN ŞƏHƏR. MƏMURLAR TƏRƏFİNDƏN QAZİLƏRMİZƏ ZÜLM VERİRLƏR.
SAG OLUN CAVAB SİZDƏN.
QAZİYƏ KÖMƏK EDİN.