backend

Zeynəb Xanlarova Azərbaycana qayıtdı - Ailəsindən AÇIQLAMA

Son vaxtlar səs-sorağı gəlməyən sabiq deputat, Xalq artisti Zeynəb Xanlarova təxminən iki aydan sonra – 28 dekabrda növbəti yubileyini – 85 yaşını qeyd edəcək.

Bəs Zeynəb xanım haralardadır, sənətkar mətbuatdan niyə uzaq gəzir?

KONKRET.az xəbər verir ki, yenisabah sənətkarın qardaşı qızı – Əməkdar artist Mehriban Xanlarovadan Zeynəb xanım haqqında qısaca bilgi alıb.

Aktrisa bibisinin səhhətinin yaxşı olduğunu bildirib.

O, Zeynəb xanımın hazırda ABŞ-da olamsıyla bağlı yayılan məlumatların yanlış olduğunu qeyd edib:

“Zeynəb xanımın səhhəti yaxşıdır. Əlbəttə ki, biz də yaxınları olaraq görüşürük, evinə də gedib-gəlirik. Zeynəb xanım Amerikada deyil, Bakıdakı evində yaşayır. Hər şey yaxşıdır, hamıdan da əladır. Allah ona can sağlığı versin, Azərbaycanın üstündən əskik eləməsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*