Zina etdi – Cəzası ona baha başa gəldibackend

Zina etdi - Cəzası ona baha başa gəldi

İndoneziyanın Açe şəhərində zina etdiyi üçün çubuq cəzasına məhkum edilən gənc huşunu itirib. Lakin buna baxmayaraq ona verilən cəza davam etdirilib. 100 çubuq zərbəsindən sonra 22 yaşlı gənc xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, İndoneziyada şəriət qaydalarının hökm sürdüyü yeganə şəhər olan Açedə qumar oynayan, spirtli içki qəbul edən, nikahdankənar münasibət yaşayanlar ictimaiyyət qarşısında döyülməklə cəzalandırılır.

Amnesty İnternational Təşkilatının İndoneziya üzrə direktoru Usman Hamid ölkəni işgəncələrə məruz qalan bu “qəddar, qeyri-insani və alçaldıcı” cəza sisteminə son verməyə çağırıb. O, bunu edənlərin cinayət törətdiklərini söyləyib.

İndoneziya prezidenti Coko Uidodo bu cəza üsuluna son verilməsinin tərəfdarıdır.

Lakin döyülməklə verilən cəza tətbiqi Açenin müsəlman icması arasında təqdirəlayiq hal kimi qəbul olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*