Ziya Məmmədovun qardaşına yeni vəzifə verildibackend

Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təsərrüfat İşlərinin Təşkili Şöbəsinin müdiri Elton Məmmədov vəzifəsindən azad edilib.

KONKRET.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Samir Hüseynov sözügedən şöbənin müdiri təyin olunub.

Elton Məmmədov isə yeni yaradılmış Sosial Xidmətlər Şöbəsinə müdir təyin edilib. Bununla bağlı AMEA-nın prezidenti İsa Həbibbəyli müvafiq əmr imzalayıb.

Qeyd edək ki, AMEA-nın İşlər İdarəsinin sabiq müdiri olan Elton Məmmədov həm də keçmiş deputatdır. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*