“Zod mədənini 8 dəfə açmağa cəhd etdik, uğursuz oldu”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasına mədəndə çalışan erməni bildirib. Mənbə bildirib ki, 8 dəfə mədəni işə salmağa çalışsalar da, uğursuz olub.
“Aprelin 15-dən Zod mədənində iş dayandırılıb, işçilər təxliyə edilib. “Geopromining” şirkətinin nümayəndəsindən “Zod”un 800-ə yaxın işçisinin aqibətinin necə olacağını soruşsaq da, o, şərh verməkdən imtina etdi.
Bildiyimizə görə, artıq işçilərə şaxtanın bağlandığı bildirilib. Mədən işçiləri bildiriblər ki, “Geoprominq” şirkətinin rəhbərliyi hazırda mayın ortalarına kimi məzuniyyətdədir.
Mənbə bildirib ki, işçiləri mədənə gətirmək və işi bərpa etmək üçün 8 dəfə cəhd edilib. Lakin atışmalara görə bu cəhdlər baş tutmayıb. İşçilər gözləmə rejimindədirlər.
Həmsöhbətimiz onu da bildirdi ki, Rusiya şirkətinin rəhbərliyi ilə azərbaycanlılar arasında müharibədən sonra başlayan danışıqlar da dayandırılıb. Onların kursu sərhədin demarkasiyası və delimitasiyasından asılıdır. Çünki sərhəd birbaşa Zod mədənindən keçir.
Xuraman Etibarlı,
KONKRET.az