Zohrabyan: “Mən Ermənistanın impotent müxalifətinə müraciət edirəm”backend

Zohrabyan: “Mən Ermənistanın impotent müxalifətinə müraciət edirəm”

“Qarabağı tərk edən yüzlərlə ailə onlara verilən 100 min dramı hələ də ala bilməyib”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistan Parlamentinin keçmiş deputatı, “Təhlükəsizlik və Demokratiya” ictimai təşkilatının sədri Naira Zohrabyan keçirdiyi mətbuat konfransında bildirib.

“Hakimiyyət təmtəraqlı bəyanatlar vermək əvəzinə, fəlakətin öhdəsindən gəlməyi öz üzərinə götürməlidir. Siz başa düşürsünüz ki, erməni ailələri hər gün ucqar rayonlardan İrəvana gedir, Sosial Müdafiə Nazirliyinə çatmaq üçün yüzlərlə kilometr yol qət edirlər. Nazirlik onları miqrasiya xidmətinə, ikincisi isə yenidən nazirliyə göndərir. Bu arada insanlar nazirliyə gəlmək üçün qonşulardan borc alırlar.

Yüzlərlə ailə var ki, onlara verilən 100 min dramı hələ də ala bilməyib, minlərlə ailə var ki, kommunal xərclərini kompensasiya etmək üçün 50 min dramı ala bilməyib.

İmpotent müxalifətə də müraciət edirəm. Varlığınıza haqq qazandırmaq üçün, heç olmasa bəzi qanunları dəyişdirin!

Qarabağdan gələnlər 2 aylıq mənzil kirayəsi üçün olan-qalan pullarını xərcləyiblər. Dekabr ayından başlayaraq onlar mənzil problemi ilə üzləşəcəklər.

İcarəçilər ödəniş tələb edəcəklər, bu adamlar ödəyə bilməyəcəklər və bu hakimiyyətin arzusu gerçəkləşəcək – nəyin bahasına olursa olsun təbliğatları ilə nəyə nail olmaq istəyirdilərsə, indi də bunu davam etdirirlər”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*