Zooparkda şir qadına hücum etdi, bir qolunu itirdibackend

Zooparkda şir qadına hücum etdi, bir qolunu itirdi

Avstraliyanın Kvinslend ştatında “​Darling Downs Zoo” adlı zooparkda şir qadının qolunu dişləyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “1News” yayıb.

Bildirilib ki, şir qəfil hücum edərək qadına xəsarət yetirib.

Belə ki, hadisə 50 yaşlı qadın baxıcıların şirə necə qulluq etdiyini izləyərkən baş verib.

Zooparkdan verilən açıqlamada bundan əvvəl belə təhlükəli halın qeydə alınmadığı vurğulanıb.

Yaralanmış qadın xəstəxanaya çatdırılıb. O, bir qolunu itirsə də, hazırda vəziyyəti stabildir.

Hadisədən sonra zoopark bir gün bağlanıb, lakin bu gün yenidən açılması gözlənilir.

Qadın zoopark işçisi və ya heyvan baxıcısı olmayıb.

Hazırda polis hadisənin detallarını araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*