Zootexnik, aqronom, baytar, yanğınsöndürən, qaynaqçı – jurnalistlərbackend

Zootexnik, aqronom, baytar, yanğınsöndürən, qaynaqçı - jurnalistlər

Elman Məmmədov, jurnalist

Xəbər jurnalistikasinda bele bir deyim var: “İtin adamı qapması xəbər deyil, ancaq adamın iti qapması artıq xəbərdir…” Jurnalistika fakültəsini bitirib bu sahədə çalışmamaq, yaxud yaxşı jurnalist olmamaq xəbər deyil, ancaq zootexnik, aqronom, baytar, həkim, nə bilim yanğınsöndürən, qaynaqçı və ya orta məktəbi 5-ci sinifə qədər oxuyanların “jurnalist işləməsi” artıq əla xəbərdir. Əgər ölkədə jurnalistika deyilən fakültə varsa və bu fakültəni bitirənlər bu ixtisasa yiyələnməkləri barədə sənəd, diplom alırlarsa, deməli, qəzetlər, televiziyalar, ümumiyyətlə, KİV bu sənəd əsasında işə qəbul aparmalıdır, bu, birmənalıdır. Mənə elə gəlir ki, çox da böyük ölkə deyilik, kadr qıtlığı yaranmaz. O ki qaldı savadlı – savadsız məsələsinə, iş verən qurum zəhmət çəkib layiqlilərini götürsün, işlə təmin etsin. Təhsil müddətində istənilən fakültədə gün keçirməyə gələnlər də olur, peşəsini sevə-sevə öyrənənlər də. Bu, ayrı bir mövzudur. Qeyri-ixtisas sahiblərinin belə meydan sulamasının, hətta işi fakültənin bağlanmasına, lazımsızlığına gətirəcək dərəcəyə gətirməsinin birbaşa günahkarları zootexniklərə, baytarlara, qaynaqçılara qələm, mikrofon və ştat ayırıb dövrəyə buraxan media qurumlarının rəhbərləri, başbilənləridir. Necə ki, jurnalistika fakültəsinin diplomu ilə gedib hansısa fermada baytar işləmək qeyri-mümkündürsə, baytarlıq diplomu ilə də əldə mikrofon tutmaq, yazı yazmaq ayıbdır və heç bir vicdana, peşə etikasına sığmır. İstedad, bacarıq, vergi məsələləri işin başqa tərəfidir, əgər kiminsə jurnalist olmaq istəyi varsa, zəhmət çəkib bu peşənin təhsilini alsın.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*