Qaxda bir neçə şəxs tərəfindən zorakılığa məruz qalan 13 yaşlı qız nəzarətə götürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə anews.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən bildirilib.
“Komitə tərəfindən aidiyyəti dövlət orqanlarına rəsmi müraciət ünvanlanıb. Qax Rayon İcra Hakimiyyəti tərəfindən yetkinlik yaşına çatmayanın yaşadığı ailəyə baxış keçirilib, uşağın ümumi vəziyyəti qiymətləndirib. Hazırda uşağın vəziyyəti qənaətbəxşdir, hər hansı təxirəsalınmaz müdaxiləyə ehtiyac yoxdur və o nəzarətə götürülüb”, – açıqlamada deyilir.
Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə Qax rayonunun kəndlərindən birində 13 yaşlı qıza qarşı təcavüz edilməsi ilə bağlı məlumatlar yayılıb. İddialarda sözügedən hadisə ilə bağlı çox sayda şəxsin saxlanıldığı vurğulanıb.