Zorakılığa məruz qalan jurnalistlərdən ombudsmana MÜRACİƏTbackend

Zorakılığa məruz qalan jurnalistlərdən ombudsmana MÜRACİƏT

Ötən günlərdə DSX-nın sözçüsü, mayor Rövşən Cahangirov tərəfindən kobud rəftar və zorakılıq halı ilə üzləşən Baku TV-nin əməkdaşları Tural Müseyibov və Zaur Hacıyev AR İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevaya rəsmi müraciət ediblər.

KONKRET.az xəbər verir ki, onlar jurnalistin məlumat əldə etməsinə bilərəkdən maneə törədilməsi və zorakılıq faktı ilə bağlı Mətbuat Şurasının bəyanatına və şuranın tələbinə məhəl qoyulmamasını, ictimai-siyasi xadimlərin, KİV nümayəndələrinin haqlı qınağına laqeyd münasibət sərgilənməsini əsas gətirərək, hadisəyə hüquqi qiymət verilməsinə dəstək göstərilməsi məqsədilə bu addımı atıblar.

Qeyd edək ki, AR-in İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatında Ombudsmanın mandatına uyğun olaraq İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi fəaliyyətə başlaylb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*