Zurabişvili: “Gürcüstan seçim qarşısındadır – Avropa, yoxsa Rusiya?”backend

Zurabişvili: "Gürcüstan seçim qarşısındadır - Avropa, yoxsa Rusiya?"

Parlament seçkilərinin oktyabrın 26-na təyin edilməsi haqqında sərəncam imzalayan Gürcüstan prezidenti Salome Zurabişvili onların əhəmiyyətindən danışıb.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı gürcü mətbuatı yayıb.

“Qərar günü, seçim günü, sağ qalma günü yaxınlaşır”, – deyə Gürcüstan Prezidenti qeyd edib.

Zurabişvili “Gürcü arzusu”nun oktyabrın 26-da seçicilərin sülh və müharibə arasında seçim etməli olması ilə bağlı iddiaları yalan adlandırıb.

“Bu gün Gürcüstanda heç kim müharibə istəmir və heç kim buna hazırlaşmır”, – prezident deyib.

Onun sözlərinə görə, seçicilər referenduma bərabər olan seçimə hazırlaşmalıdırlar: Avropa yoxsa Rusiya?”

Gürcüstan dövlət başçısının sözlərinə görə, müxalifət partiyalarının seçkilərdə fərdi qələbə üçün resursları və şəraiti yoxdur.

“Oktyabrın 26-da gürcü xalqı qalib gələcək və öz sözünü deyəcək”, – o, fikrini yekunlaşdırıb.

Rəsmiyyə Şərifova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*