Zurabişvili: “Qarabağ müharibəsi əsrlər boyu mövcud olan həqiqəti təsdiqlədi”backend

Zurabişvili: "Qarabağ müharibəsi əsrlər boyu mövcud olan həqiqəti təsdiqlədi"

“Gürcüstan, Azərbaycan və Ermənistanın Qafqazda gələcəyi bu bölgəni əlaqələndirmə, sabitlik və tərəqqi regionuna çevirməkdən ibarətdir”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili “Brussels Morning” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, üç ölkənin əsas ümumi marağıdır.

Azərbaycan və Ermənistan arasında ötənilki müharibəyə münasibət bildirən S.Zurabişvili münaqişə zamanı Gürcüstanın neytral qaldığını, daimi olaraq sülh və əməkdaşlığa çağırış etdiyini bildirib:

“Müharibə əsrlər boyu mövcud olan həqiqəti təsdiqlədi. Gürcüstanın Ermənistanla uzunmüddətli mədəni, dini və mehriban qonşuluq əlaqələri var, Azərbaycanla intensiv iqtisadi tərəfdaşlıq edir. Bu halda məhz Gürcüstan üçün bölgədə sülh və sabitliyin təminatı naminə rol oynamaq daha uyğun oldu”.

Dövlət başçısı qeyd edib ki, bütün region üçün faciə olan müharibə zamanı Gürcüstan iki yaxın qonşu ölkə ilə əlaqələrini davamlı olaraq dərinləşdirib.publika.az

  • K.M.R.N
    Yanvar 29, 2021 - 12:09

    Ədalətsiz..hətta satqınca bir fikirdi…bütün dünya Qarabağın Azərbaycanın bir hissəsini qəbul etdiyi halda sən də bunu bilərək susub neytralda qalmağın ozü bir satqınlıqdı…gürcülər də tarixən yaltaq qorxaq millət olub..Bunun özü rusun tulasıdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*