“Türkiyə hakimiyyəti İstanbulda təxminən 1,5 milyon mənzilin sakinlərini zəlzələyə davamlı evlərə köçürməyi planlaşdırır”.
KONKRET.az xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib.
“Türkiyənin zəlzələyə davamlı ölkəyə çevrilməsi istiqamətində işimizdə İstanbul və Mərmərə dənizinə ayrı yer veririk. İstanbula gəlincə, biz indi təxminən 1,5 milyon mənzilin sakinlərini zəlzələyə davamlı evlərə köçürməyi planlaşdırırıq”, – deyə Ərdoğan bildirib.
Dövlət başçısının sözlərinə görə, hakimiyyət planlaşdırılmış İstanbul süni gəmiçilik kanalının hər iki tərəfində 500 min nəfərlik peyk şəhər tikmək niyyətindədir.
“Bu, İstanbul zəlzələsindən qorunmaq üçün həyata keçirdiyimiz tədbirlər çərçivəsində daha bir layihədir”, – deyə Ərdoğan əlavə edib.
Burhan,
KONKRET.az