“10 dəfə aldadılan adama necə ciddi baxırsız?” – Sarkisyan Paşinyanı lağa qoydubackend

"10 dəfə aldadılan adama necə ciddi baxırsız?" - Sarkisyan Paşinyanı lağa qoydu

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Nikol Paşinyanın Qarabağ danışıqları ilə bağlı sələflərinə qarşı səsləndirdiyi ittihamlara münasibət bildirib.

KONKRET.az-ın məlumatına görə, o bildirib ki, reallığın piarla əvəzlənməsi cinayətdir və əgər bunu yüksək rütbəli məmur edirsə, o zaman daha pis olur.

“İkincisi, öz canını xilas etmək üçün başqalarına böhtan atmaq sadəcə əxlaqsızlıqdır. Üçüncüsü, psixoloqlar deyirlər ki, yalançılar sonda elə bir məqama çatırlar ki, onlar öz yalanlarına inanmağa başlayırlar. 44 günlük müharibədə hərbçilərin onu 10 dəfədən çox aldatdığını açıq şəkildə etiraf edən adama necə ciddi baxırsız? 10 dəfə aldadıla bilən adamı təsəvvür edirsiniz? Yəni belə bir insanın hansı idarəçilik qabiliyyəti olmalıdır?”, – deyə Sarkisyan sual edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*