2025-ci ildə Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bəzi dəyişikliklər edilib.
KONKRET.az metbuat.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 27 və 28 mart iş günləri müvafiq olaraq 10 mart və 1 aprel istirahət günləri ilə dəyişdirilib.
Belə ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü həftənin şənbə gününə təsadüf etdiyi üçün martın 10-u qeyri-iş günü olmalı idi, lakin dəyişiklik nəticəsində 10 mart 2025-ci il tarixi iş günüdür.
Qeyd edək ki, 20-31 mart tarixləri arasında ölkədə ardıcıl qeyri-iş günləri olacaq.