10 min insan işsiz qalacaqbackend

10 min insan işsiz qalacaq

“Meta” platforması əlavə olaraq 10 min əməkdaşını ixtisar etməyi planlaşdırır.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Meta”nın Baş İcraçı Direktoru (CEO) Mark Zukerberq deyib.

O, aprelin sonunda texnologiya qruplarında, mayın sonunda isə biznes qruplarında işdən çıxarılma olacağını qeyd edib.

“Meta” rəhbəri çətin bir mühitdə maliyyə göstəricilərini yaxşılaşdırmağı hədəflədiyini bildirib.

Zukerberq stresli qeyri-müəyyənlik dövrünün geridə qalacağını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*