12 uşaq öldürən qatil polis idarəsindən qaçdı – Ölkə şokdabackend

12 uşaq öldürən qatil polis idarəsindən qaçdı - ÖLKƏ ŞOKDA

12 uşağı öldürdüyünü etiraf edən qatil polis idarəsindən qaçıb.

KONKRET.az xəbər verir ki, bu biabırçı hadisə Keniyada yaşanıb.

Paytaxt Nayrobi və ətrafında baş verən uşaq cinayətlərində günahlandırılan və günahını etiraf edən Masten Vanjala dünən səhər polis idarəsindən qaçıb.

Vanjalanın qaçması səbəbindən polis idarəsinin üç əməkdaşı həbs edilib.

Qeyd edək ki, Vanjala 14 uşaq qətlinə görə həbs olunubmuş. Vanjalanın yaxın qohumları da həbs edildikdən sonra basdırılan 5 uşaq cəsədinin yeri müəyyən edilib.

Hazırda Keniya hüquq-mühafizə orqanları Vanjalanı axtarır. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*