13 yaşlı Alyoşa Putindən inək istədi və aldıbackend

13 yaşlı Alyoşa Putindən inək istədi və aldı

Saxa Respublikasının (Yakutiya) Kənd Təsərrüfatı Nazirliyi prezident Vladimir Putindən inək istəyən oğlana inək almağa kömək edəcək.

KONKRET.az-ın məlumatına görə, 2021-ci ilin iyununda Putin vətəndaşlarla canlı yayım vasitəsi ilə görüş keçirərkən qaynar xəttin nömrəsinə 13 yaşlı Alyoşa müraciət edib və ona inək almasında köməklik göstərməsini prezidentdən xahiş edib. Həmin müraciət canlı yayıma düşməsə də, bu məsələyə köməklik göstərməsi respublikanın Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb. Qayıdış ünvanı səhv olduğu üçün oğlanın axtarışı bir neçə ay çəkib.

Nəticədə nazirlik Alyoşanı tapmağa nail olub və onun qohumları ilə əlaqə saxlayıb. Məlum olub ki, 4 il əvvəl onların evi yanıb və o vaxtdan ailə qarajda yaşamağa məcbur olub. Yaxın günlərdə ailəyə inəyi çatdıracaqlar. Bundan əlavə, Churapchinski rayonunun başçısı səlahiyyətlərini icra edən Stepan Sargıdayev ailənin yaşayış şəraitinin yaxşılaşdırılması məsələsini şəxsi nəzarətinə götürüb.

Daha əvvəl bildirilib ki, Putin Ümumrusiya Xalq Cəbhəsinə vətəndaşların birbaşa xətt zamanı daxil olan bütün müraciətlərini təhlil etməyi tapşırıb. Müraciətlər, əsasən, qazla bağlı problemlər, işsizlik, məktəblərin qənaətbəxş olmadığı ilə bağlı olub./virtualaz.orq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*