Təxminən 15 milyon rus dərin depressiyadadır.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Strateji Təşəbbüslər Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə əhalinin 10%-i (təxminən 15 milyon insan) dərin depressiya vəziyyətindədir.
Geniş yayılmış səbəblər arasında uzun müddət davam edən ağır xəstəlik, yaxın adamın ölümü və yaranmış borcun qaytarılması var.
Araşdırmanın nəticələrinə görə, uzun müddətli tənhalıq və ya məişət zorakılığı depressiyanın səbəbi ola bilər.
Agentliyin baş direktoru Svetlana Çupşeva vurğulayıb ki, belə nəticələrin əldə edilməsi üçün xeyli iş görülüb.
İqbal Rzayev,
KONKRET.az