15 yaşlı qız dəm qazından boğuldubackend

15 yaşlı qız dəm qazından boğuldu

Siyəzəndə 15 yaşlı qız dəm qazından boğulub.

KONKRET.az xəbər verir ki, hadisə Siyəzən şəhərində, Sabir küçəsi 88 ünvanında qeydə alınıb.

2009-cu il təvəllüdlü Gülər Vəkilli Siyəzən Müalicə Mərkəzinə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Vəkillər ailəsinin bu, sağ qalan yeganə uşağı idi. Üç il əvvəl ailənin 2 oğlu Samur-Abşeron kanalında boğulub ölmüşdü.

Ailə növbəti faciəni bu gün yaşayıb.

Faktı Siyəzən rayon prokurorluğu araşdırır. (Bizim.Media)

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*