Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşı Əfsər Mirzəliyev və onunla birgə ittiham olunan Səfər Səfərovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi keçirilən sonuncu prosesdə təqsirləndirilənlərə hökm oxunaraq, onların hər ikisi ayrı-ayrılıqda beş il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.
Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib.
Əfsər Mirzəliyev Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşı olub.

HÖRMƏTLİ FADİL MÜƏLLİM! Diqqətinizə çatdırıramki,
ailəmizin sosial-maddi vəziyyətinin çox ağır olduğunu,özümdə 3(üç) dəfə ağır cərrahiyyə əməliyyatı olunaraq həkim nəzarətində olunduğumu Xəsili bələdiyyəsinin Hacallı kəndi ərazisindən olan Bələdiyyənin ehtiyat fondundan əkib-becərməyə 2(iki)hektar torpaq sahəsi ayrılaraq mənə xüsusi mülkiyyətə verilməsinə köməklik göstərməyi haqqında Bərdə rayon xəsili Bələdiyyəsinin sədri cənab Rəfayıl Bəylərova 24 May 2025 ci il tarixli SS875914202AZ saylı məktubla müraciət etmişəm.
Diqqətinizə çatdırıramki,Bərdə rayon Xəsili bələdiyyəsinin sədri Cənab Rəfayıl Bəylərovun mənə göndərdiyi 09saylı 30.05.2025-ci il tarixli məktubda qeyd edirki, sizin Xəsili bələdiyyəsinə ünvanladığınız ərizənizə Xəsili bələdiyyəsində baxılmışdır.Xəsili bələdiyyəsi 30.05.2025-ci il tarixli 05 saylı iclasında qərar qəbul edərək sizin ərizədə qeyd etdiyiniz 2.0 ha torpaq sahəsi barədə 30.05.2025-ci il tarixli 08 saylı məktubla Daşınmaz Əmlakın kadastrı və Reyestri publik hüquqi şəxsin 7saylı Bərdə ərazi idarəsinə 2.0 ha torpaq sahəsinin sənədlərinin hazırlanmasını xahiş edildiyini qeyd edir.
Diqqətinizə çatdırıramki,iqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri dövlət xidmətinin daşınmaz əmlakın dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin Rəis müavini Cənab Elşad Məmmədovun mənə göndərdiyi 5sentyabr 2025-ci il tarixli 3-21-3-02/2-ə-1354/04-8/2025 saylı məktubunda qeyd edirki,Daşınmaz əmlakın dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 7saylı Bərdə ərazi idarəsi tərəfindən Bərdə rayon Xəsili bələdiyyəsinin 2.0 ha torpaq sahəsinə dair sənədlərinin hazırlanıb- hazırlanmamasına dair məlumatın verilməsi barədə Azərbaycan Respublikası iqtisadiyyat nazirliyinə ünvanladığınız 18.08.2025-ci il tarixli müraciətə aidiyyəti üzrə baxılmışdır.Nəzərinizə çatdırıramki,Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanunun 5.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət Reyestrində məlumatlar yazılı vəya elektron formada hüquqi sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüququ sahibinin əmlakına qanun vəya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı vəya elektron müraciətləri həmçinin Azərbaycan Respublikası tarif(qiymət) şurasının daşınmaz əmlakın qeydiyyatı,texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə 31 iyul 2023-cü il tarixli 5nömrəli qərarının müvafiq bəndinə uyğun olaraq xidmət haqqı məbləği ödənildiyi təqdirdə verilir. Bildiririk,sözü gedən məsələ ilə bağlı aidiyyəti üzrə Bərdə rayon Xəsili Bələdiyyəsinə müraciət etməyimi məqsədə müvafiqdir.Biildirərək qeyd edir. Buna görədə qeyd edirəmki, mənə torpaq sahəsinin ayrılmasına köməklik etmək Bərdə rayon Xəsili Bələdiyyəsinin rəhbər şəxslərinə maraqlı deyil . Görünən odurki Bərdə rayon Xəsili Bələdiyyəsinə məxsus Hacallı kəndinə bitişik ərazidə yerləşən 0,30 ha torpaq sahəsi xəsili Bələdiyyəsinin rəhbər şəxslərinə yaxın olan şəxs tərəfindən paytorpağı kimi mənimsilənilib ətrafı xəndəklənərək arpa əkilmişdir.Həmin torpaq sahəsi 2023-cü ildə mənim müraciətim əsasında Əmlak məsələləri dövlət xidməti tərəfindən aşkarlanmışdır.Buna Bərdə rayon Xəsili Bələdiyyəsinnin rəhbər şəxisləri tərəfindən bilərəkdən müdaxilə edilmir. Güman edirəmki, hələdə Hacallı kəndində bələdiyyə torpaqları gizli şəkildə paytorpağı kimi istifadə edilməsi ehtimalı var. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası qanunun 4.maddəsinin 1-ci və2-ci bəndinə əsasən ailəmizin sosial-maddi cəhətdən ağır bir vəziyyətdə yaşaması özüm və azyaşlı övladımın ağır xəstəlikdən əziyyət çəkdiyi bir halda Xəsili Bələdiyyəsi ailəmizə sosial-maddi cəhətdən heçbir köməklik göstərmir.Buna görədə müraciətimin saytınızda işıqlandırılmasını xahiş edirəm.
HÖRMƏTLƏ:
ələkbərov Ramiz Arif oğlu
Bərdə rayon Hacallı kəndi
Tel:050-569-25-48
24.09.2025