16-cı əsrə aid İncilin gümüş naxışlı üz qabığı Çeltenhemdə keçirilən hərracda 120 min funt-sterlinqə (150 min dollardan çox) satılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “BBC” Yayım Korporasiyası məlumat yayıb.
Hərracçı Elizabet Pulun dediyinə görə, rəngli ipəkdən və qızılla örtülmüş gümüş saplardan hazırlanmış üz qabığı I Elizabetin hakimiyyətinin son dövrünə aiddir.
Artefakt Qlosterşir qraflığında yaşayan aristokratlar ailəsinə məxsus olub.
Məlumata görə, hərracda İncilin üz qabığının 10-20 min funt-sterlinqə satılacağı gözlənilirdi.
Qeyd edək ki, 12 yaşlı Elizabet tərəfindən fransız və italyan dillərində yazılmış oxşar naxışlı əlyazma Britaniya Kitabxanasında saxlanılır. Kitab Elizabetin atası VIII Henriyə hədiyyə edilib.
İqbal Rzayev,
KONKRET.az