16 yaşdan kiçik uşaqlara sosial şəbəkədən istifadə qadağan ediləcəkbackend

16 yaşdan kiçik uşaqlara sosial şəbəkədən istifadə qadağan ediləcək

ABŞ-ın Florida ştatının qanunvericiləri ştatın 16 yaşından kiçik sakinlərinə hər hansı sosial şəbəkələrdə qeydiyyatdan keçməyi qadağan edən qanun layihəsi təqdim ediblər.

KONKRET.az xəbər verir ki. bu barədə “Agence France-Presse” xəbər agentliyi məlumat yayıb.

Təşəbbüs müəlliflərinin fikrincə, qadağa,uşaqların psixi sağlamlığını internet asılılığından və digər təhlükələrdən, o cümlədən onlayn zorakılıq, təqib və intihara meyldən qorumaq üçün nəzərdə tutulub.

Qanun layihəsi ştatın Senatı tərəfindən təsdiqlənib və Florida Nümayəndələr Palatasına qaytarılaraq orada böyük dəstək alıb.

Qətnamə indi Florida qubernatoru Ron DeSantis tərəfindən təsdiqlənməlidir. Təsdiqlənsə, sosial media şirkətləri Florida yeniyetmələrinin mövcud hesablarını bloklamalı və onlara 16 yaşlarına qədər yeni hesablar yaratmağı qadağan etməli olacaqlar.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*