16 yaşlı fəal “İlin adamı” seçildi – FOTObackend

16 yaşlı fəal "İlin adamı" seçildi - FOTO

“Time” jurnalı İsveçdən olan ekoaktivist Qreta Tunberqi ilin adamı seçib.

KONKRET.AZ xəbər verir ki, bu barədə Rusiya KİV-də xəbər dərc edilib.

Nəşr qeyd edir ki, Q.Tunberq məktəbə getməyərək iqlim dəyişikliyinə qarşı qlobal hərəkata başlayıb.

“2018-ci ilin avqustundan başlayaraq o, günlərini əlində qara fonda “İqlim üçün məktəb tətili” yazısı olan plakatla İsveç parlamentinin qarşısındakı çadır düşərgəsində keçirib. Geridə qalan 16 ay ərzində o, BMT-də dövlət başçıları qarşısında çıxış edib, Roma Papası, ABŞ prezidenti ilə görüşüb və 4 milyon insanı qlobal iqlim dəyişikliyinə qarşı tətilə qoşulmağa ilhamlandırıb”, – nəşr yazıb.

Qeyd olunur ki, onun xarici görünüşü Hellouen bayramındakı geyimlərdə kopyalanıb, kanadalı yazıçı Marqaret Etvud isə onu Janna d`Ark ilə müqayisə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*