16 yaşlı oğlan məktəbdə atəş açdı – Rusiyada insidentbackend

16 yaşlı oğlan məktəbdə atəş açdı - Rusiyada insident

Rusiyanın Sankt-Peterburq şəhərində yeniyetmə məktəbdə pnevmatik tapançadan atəş edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2005-ci il təvəllüdlü oğlan sinif yoldaşlarının dayandığı tərəfə bir neçə dəfə atəş açıb. Tapança müəllimlərdən biri tərəfindən yeniyetmənin əlindən alınaraq polisə təhvil verilib.

Məktəbli hadisə yerindən qaçıb. Polis yeniyetməni saxlayaraq onu sorğu-sual edib. Faktla bağlı araşdırma aparılır. unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*