16 yaşlı qız itkin düşdübackend

16 yaşlı qız itkin düşdü

Lənkəranda 16 yaşlı Şahnaz Hüseynova itkin düşüb.

KONKRET.az-ın verdiyi xəbərə görə, Zövlə kənd sakini olan Şahnaz Elşad qızı Hüseynovanı sonuncu dəfə məktəbdən çıxarkən görüblər.

Qızlarının məktəbdən qayıtmadığını görən valideynləri narahat olublar. Onu hər yerdə axtarsalar da, heç bir məlumat ala bilməyiblər.

Ş.Hüseynovanın itkin düşməsi ilə bağlı polisə məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*