Moskva vilayətində həkimlər 16 yaşlı qızın mədəsindən diş fırçası çıxarıblar.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı qız qarnındakı küt ağrı və ürəkbulanma şikayətləri ilə L.M.Roşal adına xəstəxanaya müraciət edib. Müayinə zamanı onun mədəsində diş fırçası aşkar edilib. Xəstə onu təsadüfən udduğunu bildirib. Yad cisim onun mədəsindən endoskop vasitəsilə çıxarılıb. Həmin xəstəxanada bir neçə gün əvvəl həkimlərin bir yaşlı uşağın mədəsindən maqnit və litium batareya çıxardığı da məlum olub.
Vəli Həsənoğlu,
KONKRET.az