Suriyanın şimal-qərbindəki İdlib əyalətində anbarda partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Suriya TV əyalət Daxili Təhlükəsizlik Qüvvələri Komandanlığına istinadən məlumat yayıb.
Məlumata görə, baş verən partlayış nəticəsində beş nəfər ölüb, doqquz nəfər yaralanıb.
Müvafiq qurumlar hadisənin nəticələrini aradan qaldırmaq üçün hadisə yerində işləyir. Yaralılar xəstəxanaya yerləşdirilib.
— Gulnara Zeynalova (@gulnarazeynal) November 26, 2025
Müşviq Tofiqoğlu
KONKRET.az
