17 il məhbus həyatı yaşadı, sonra bir milyon funt-sterlinq tələb etdi – ƏTRAFLIbackend

17 il məhbus həyatı yaşadı, sonra bir milyon funt-sterlinq tələb etdi - ƏTRAFLI

Dünyada kiminsə törətmədiyi cinayətə görə cəza çəkməsinə dəfələrlə rast gəlinib. Bəzən illər sonra azadlığa çıxan, səhvən həbs edildiyi müəyyən olunan insanların çəkdikləri əzab-əziyyəti isə heç nə ilə kompensasiya etmək mümkün deyil.

Belə hadisələrdən biri Böyük Britaniyada baş verib. “Daily Mail” nəşri yazır ki, 17 il həbsxanada yatan 57 yaşlı Endryu Malkinson törətmədiyi təcavüzə görə ömürlük həbs cəzasına məhkum edilmişdi. Həmin şəxsin günahsız olduğu sübuta yetirilib və 17 ildən sonra azadlığa çıxıb. İndi o, haqsız məhkumluğuna görə bir milyon funt-sterlinq təzminat davası açıb.

Amma Böyük Britaniyada təzminat almaq prosesi elə də asan başa gəlmir. Bunu vəkil Edvard Henri bildirib. Bundan əlavə, Endryu Malkinsonun 17 il ərzində həbsxana xidmətləri, o cümlədən yemək və yaşayış xərcləri hesablanıb təzminatdan çıxılacaq. Bu xəbər isə keçmiş məhbusu özündən çıxarıb.

Vəli Həsənov,

KONKRET

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*