17 yaşlı Kadırov evlənir – Putin şəxsən təbrik etdibackend

17 yaşlı Kadırov evlənir - Putin şəxsən təbrik etdi

Çeçenistan lideri Ramzan Kadırov prezident Vladimir Putinə regional Təhlükəsizlik Şurasının katibi, 17 yaşlı Adam Kadırovu ailə həyatına daxil olması münasibətilə şəxsən təbrik etdiyinə görə təşəkkür edib. 

KONKRET.az unikal-a istinadla xəbər verir ki, Kadırov bu barədə öz “Telegram” kanalında yazıb.

O qeyd edib ki, Rusiya Federasiyasının rəhbərinin təbriki Kadırovlar ailəsinin heç vaxt unutmayacağı diqqət əlaməti olub.

İyunun 27-də Çeçenistan rəhbərinin böyük qızı Ayşat Kadırova 17 yaşlı qardaşı, regional Təhlükəsizlik Şurasının katibi, Çeçenistan liderinin üçüncü oğlu Adam Kadırovun toyunun tezliklə baş tutacağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*