18 minə yaxın əfqan İrandan qovuldubackend

18 minə yaxın əfqan İrandan qovuldu

Son 10 gün ərzində İrandan 17 926 Əfqanıstan vətəndaşı öz ölkələrinə deportasiya olunub.

KONKRET.az xəbər verir ki, bunu İranın Rəzəvi Xorasan vilayətinin sərhəd qoşunları komandanı, general Məcid Şoca deyib.

Onun sözlərinə görə, ölkənin müxtəlif bölgələrində polis və sərhədçilər qanunsuz əfqan miqrantarı aşkar ediblər. Onlar Doğarun sərhəd gömrük məntəqəsi vasitəsi ilə Əfqanıstana təhvil verilib.

İran rəsmisi ölkəyə qanunsuz şəkildə daxil olan əcnəbi vətəndaşlar barəsində sərt ölçülər götürüldüyünü diqqətə çatdırıb.

Hazırda İranda 5 milyondan çox əfqan miqrantın olduğu bildirilir.//Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*