19 azərbaycanlı quru yolu ilə Ermənistana keçdi – İrəvandan mesajbackend

19 azərbaycanlı quru yolu ilə Ermənistana keçdi – İrəvandan mesaj

Ermənistan və Azərbaycan ictimaiyyət nümayəndələrinin səfərləri qarşılıqlıdır”.

KONKRET.az Globalinfo-ya istinadla xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə fraksiyasının katibi Artur Ovannisyan deyib.
O qeyd edib ki, bu təşəbbüslər sülh mühitini gücləndirməyə yönəlib.
“Ermənistan və Azərbaycan cəmiyyətinin müxtəlif nümayəndələrinin görüşləri həm Ermənistanda, həm də Azərbaycanda müntəzəm keçiriləcək“, – Ovannisyan vurğulayıb.
Xatırladaq ki, 13 fevralda Ermənistanla Azərbaycan arasında Tavuş-Qazax sektorunda sərhəd demarkasiyasından bəri ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyətinin 19 nümayəndəsi quru yolu ilə Ermənistana gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*