İranda 4 nəfər spirtli içkidən zəhərlənərək ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə İRNA Gilan Tibb Elmləri Universitetinin rəhbərinə istinadən məlumat yayıb.
Məlumata görə, Rəştdə 19 nəfər spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü ölüb, 5-nin vəziyyəti isə ağırdır.