19 pişik haqqında SENSASİON BƏYANNAMƏbackend

19 pişik haqqında SENSASİON BƏYANNAMƏ

Meksikada dünyada ilk bəyannamə qəbul edilib. 

KONKRET.az xəbər verir ki, ölkənin Prezident İqamətgahında yaşayan pişiklərin qorunması haqqında qəbul edilən bəyannamədə bu heyvanlar hökumətinin xüsusi qorumasına keçib.

Qeyd edək ki, bu pişiklər saray bağlarında gəzir, göyərçinləri izləyir. Həttə televiziya ilə mətbuat brifinqlərində görünürlər. Turistlər məhz bu pişiklərə görə, iqamətgahın ətrafını ziyarət edir.

On doqquz vəhşi pişik Meksikanın Milli Sarayında sərbəst dolaşır, uzun müddət ölkənin ən məşhur binalarının bağları və tarixi salonlarında gəzir. Sarayın baytar həkimi Jesus Arias bildirir ki, “Bu pişiklərin sarayın hər yerinə giriş imkanı var. Onlar yığıncaqlara, müsahibələrə qatılır, hətta kameraya da düşürlər”.

Saray pişikləri Meksika prezidenti Andres Manuel Lopez Obradorun bu qərarı ölkədə böyük ajiotaj yaradıb.

Qəbul edilmiş sənədə görə bu pişiklər “Əsas vəsait” adlandırılıb. Qeyd edək ki, bu termin adətən binalara və mebellərə tətbiq edilir, lakin bunu pişiklərə tətbiq etməklə, Lopez Obradorun başçılıq etdiyi hökumət bütün ömrü boyu onları yedizdirmək və qulluq etməyi öhdəsinə götürüb.

“Pişiklər indi Milli Sarayın simvoludur. Biz bu dünyanı yaxşı anlamağa çalışırıq. Bu pişiklərin iştirakı olmadan Hökumət Sarayını başa düşə bilməyəcəkdim”, – Milli Saray və Mədəni İrs Xidmətinin baş direktoru Adriana Castillo Roman bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*