19 yaşlı şəhidin nəşi evinə gətirildibackend

19 yaşlı şəhidin nəşi evinə gətirildi

Ermənilərin törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Fərid Quliyevlə vida mərasimi başlayıb.

KONKRET.az xəbər verir ki, şəhidin nəşi Qaradağ rayonunun Lökbatan qəsəbəsinə gətirilib.

Şəhidlə qəsəbədə yaşadığı evində vida mərasimi keçirilir.

Vida mərasimindən sonra şəhidin nəşi Qaradağ rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*