1982-ci il Oded Yinon planı və 2022: Regional imperiyaya gedən YOLbackend

1982-ci il Oded Yinon planı və 2022: Regional imperiyaya gedən YOL

Oded Yinon israilli jurnalist olub və daha öncə bu ölkənin xarici işlər nazirliyində çalışıb.

KONKRET.az xəbər verir ki, onun 1982-ci ildə yazdığı məqalə hazırda daha çox gündəmə gəlməkdədir.

Çünki bəzi ekspertlər İsrail-ABŞ cinahının Yaxın Şərqdə onun planı üzrə hərəkət etdiyini düşünür. Bəs Yinon planı nədən ibarətdir?

1. İsrailin regional imperiya olması
2. Bütün mövcud ərəb dövlətlərinin xırda ölkələrə parçalanması, bölgənin bölünməsi

Mövcud dövlətlərin xırda ölkələrə parçalanması isə etnik zəmində baş verməlidir. Məzhəb fərqinə görə parçalanma isə sionistlər üçün yeni bir fikir deyil. İsbat kimi, 1980-ci ildə Liviya Rokaşın yazdığı “İsrailin müqəddəs terroru” başlıqlı məqaləni göstərmək olar. Onun məqaləsi İsrailin Baş naziri olmuş Moşe Şaretin xatirələrinə əsasən hazırlanıb və 1950-ci illərin ortalarında ərsəyə gələn “sionist planı”nın bütün detallarını əks etdirir. Bir şey ki, İsrailin 1978-ci il Livan işğalı sözügedən plan əsasında reallaşdırılıb. Oxşar çoxsaylı məqalələri örnək gətirmək olar. Hazırda İranın da bu plan üzrə parçalanması gözlənilir.

Əslində İsrailin Azərbaycanla dost ölkə olduğunu, İranın isə erməniləri himayə etdiyi faktını nəzərə alanda adıçəkilən planların tətbiqi Bakıya sərf edir. Sadəcə, bir problem var. Bəzi türk analitiklər İranın parçalanmasından sonra Türkiyənin də sionist hədəfinə düşəcəyini zənn edir. Lakin bu ehtimalı əsassız edən geosiyasi faktlar mövcuddur. İlk növbədə Türkiyə NATO-nun cənub cinahı sayılır və Yaxın Şərqdə baş verənlərə nəzarət etmək gücündədir. İkincisi, Türkiyə-İsrail siyasi münasibətləri də normallaşır. İqtisadi əlaqələr isə onsuz da yaxşı idi və artan tempdə davam edir. Üçüncüsü, Türkiyədə PKK xətti ilə başqa bir dövlətin yaradılması SSRİ planı olub. Dördüncüsü də İranın dörd yerə bölünəcəyi təqdirdə orada kürd dövlətinin də yaradılması nəzərdə tutulub.

Reallığa qayıtsaq, Azərbaycan hər bir ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşır və öz suveren ərazilərinin də tanınmasını tələb edir. Hələ ki, bu şərtləri qəbul edib, amma sülhə imza atmayan erməniləri dəstəkləyənlərsə elə erməni kimi bir şeydir.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*