Bakıda bu yollar tam bağlanırbackend

Bakıda bu yollar tam bağlanır

Bakıda aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sabah saat 08:00-dan sentyabrın 21-i saat 22:00-a qədər paytaxtın Yasamal rayonunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Söhbət Cəfər Cabbarlı küçəsində – A.A.Bakıxanov küçəsindən B.Bağırova küçəsinə qədər olan hissədən, eləcə də Xarici Dairəvi avtomobil yolunun yan yolunda – Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinə qədər olan hissədən gedir.

“Sürücülərdən və vətəndaşlardan göstərilən tarix və saatlarda qeyd olunan yol sahələrindən istifadə etməmələri və hərəkətlərini alternativ marşrutlar üzrə planlaşdırmaları xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*