2 milyon şəxsi “zir-zibil” adlandırmışdı – Tünzalə ittihamlara cavab verəcəkbackend

2 milyon şəxsi "zir-zibil" adlandırmışdı - Tünzalə ittihamlara cavab verəcək

Xalq artisti Tünzalə Ağayevanın AVTO FM-in “Nigarla günorta şousu” verilişində verdiyi açıqlama müzakirələrə səbəb olub. Belə ki, xalq artisti veriliş zamanı sosial şəbəkələrdən bəhs edib və bəzi izləyicilərdən narazı olduğunu bildirib.

Bununla yanaşı, xalq artisti sosial şəbəkədə gündə onlarla insanı “qara siyahı”ya atdığını etiraf edib və hətta onları zir-zibil adlandırıb: “Mənim blok sayım artıq 2 milyona gəlir. Bunu açıq deyirəm. Günə 10 profil blok edirəm. Mən sosial mediamda zir-zibil istəmirəm. Mənim gözlərim ona layiq deyil”.

Tünzalənin açıqlaması birmənalı qarşılanmayıb. Xalq artisti xalqı təhqir etməkdə ittiham olunub.

KONKRET.AZ bildirir ki, Musavat.com qalmaqallı məsələ ilə bağlı sənətçi ilə əlaqə saxlayıb. T.Ağayevanın prodüseri Yalçın Cabbarov bildirib ki, mövzu ilə bağlı ifaçı yaxın günlərdə geniş açıqlama verəcək: “Hazırda bu haqda açıqlama vermək istəmirik. Tünzalə xanım haqqında səsləndirilən ittihamlarla bağlı danışacaq. Tezliklə geniş açıqlama verib, yaşananlara aydınlıq gətirəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*